Geri Qaytarma Siyasəti

err

BEBBİ SHOP - da alınan məhsullar alındığı tarixdən etibarən (lakin alınma günü nəzərə alınmamaq şərti ilə) 14 təqvim günü ərzində dəyişdirə və ya qaytara bilər.Bu, aşağıdakı şərtlər əsasında həyata keçirilir:
  (a) məhsullar istifadə olunmamış,geyinilməmiş və ya yuyulmamış vəziyyətdə olduqda və istifadə izləri aşkarlanmadıqda;
  (b) məhsulların etiketi (yarlığı) üzərində saxlanıldıqda (onlar məhsulun ayrılmaz hissəsi hesab olunur);
  (c) məhsullar öz orijinal qablaşdırmasında geri qaytarıldıqda;
  (d) məhsullar alındığı gündən on dörd (14) gün ərzində kuryer poçtuna ötürüldükdə;
  (e) məhsullar zədəli olmadıqda.

Bütün zəruri şərtlərə riayət olunduqda , Satıcı tətbiq olunan qanunvericiliyə uyğun olaraq, məhsullar üçün ödənmiş bütün məbləği Alıcıya geri qaytarır. Sizin üzərinizə düşən yeganə xərc məhsulu Satıcıya geri qaytarmaq üçün tələb olunan xərclər olacaq.
Qeyd olunan şərtlərə riayət edilmədiklə aşağıdakı formada alınan mallar geri qaytarılır.
   1. Geri qaytarmaqla bağlı müraciət (mail vəya whatsapp vasitəsilə) şirkətə göndərilir.
   2. Əməkdaşlar tərəfindən sizinlə əlaqə saxlanılır və məlumatlar dəqiqləşdirilir.Tələb olunduğu halda sizinlə video danışıq aparıla və ya malın şəkli istənilə bilər.
   3. Siz tərəfdən kuryer vasitəsilə, qabaqcadan bildirilən adresə,mal ödəniş qəbzi ilə birlikdə göndərilir
   4. Tərəfimizdən mal kuryerdən təhvil aldıqdan sonra yoxlanılır və ödəməniz geri qaytarılır.
Məhsulun qaytarılma və dəyişdirilmə şərtləri "İstehlakçıların hüquqlarına müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında tənzimlənir.